Prezident İlham Əliyev Çinə işgüzar səfərə gedib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə avqustun 30-da bu ölkəyə işgüzar səfərə gedib.
Qerbxeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, Tiencin şəhərinin Binxay Beynəlxalq Hava Limanında Azərbaycan dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Çin Xalq Respublikasının Sənaye və informasiya texnologiyaları naziri Li Leçen və digər rəsmi şəxslər qarşılayıblar.




