Xəbər

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

6 fevral / 09:58 1 dəq
63e095cd81b7b63e095cd81b7c167566279763e095cd81b7963e095cd81b7a
6 fevral / 09:58
Burada sizin reklamınız ola bilər

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başsağlığı verib.

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,
Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.
Allah rəhmət eləsin!”

Paylaş
Burada sizin reklamınız ola bilər