Prezident Əliyev və birinci xanım Pekində Qələbə paradını izləyiblər
Çinin paytaxtı Pekində Yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib.
Bu barədə Qerbxeber.com APA-ya istinadən xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pekindəki Tiananmen Meydanında paradı izləyiblər.




