Prezident Əliyev və birinci xanım BMT mənzil qərargahına gəlib
Sentyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli müzakirələrdə iştirak etmək üçün BMT-nin Nyu-Yorkda yerləşən mənzil qərargahına gəliblər.
Qerbxeber.com xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı salamlayıb.




