Bölgə xəbərləri

Prezident: Azərbaycanda müxtəlif etnik qrupların nümayəndələri sülh şəraitində yaşayırlar

14 aprel / 13:20 1 dəq
Ilhammmiiu
14 aprel / 13:20
Burada sizin reklamınız ola bilər

“Yüz illər boyu burada məskunlaşıb yaşayan hər kəs üçün doğma Vətən olan Azərbaycanda bu gün də müxtəlif etnik qrupların və etiqadların nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar”.

Bu barədə Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına təbrikində deyilir.

“Ölkəmizdə xalqlararası dostluğun və dinlərarası harmoniyanın qorunması, yüksək birgəyaşayış mədəniyyətinin və demokratik ictimai-mənəvi dəyərlərin təşviqi, qlobal miqyasda sivilizasiyalararası dialoqun təbliği mütərəqqi milli-tarixi ənənəyə əsaslanan dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir” – deyə dövlət başçısı qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər