Bölgə xəbərləri

Prezident Avstriyanın və Slovakiyanın yeni səfirlərinin etimadnaməsini qəbul edib

5 avqust / 13:52 1 dəq
İlham əliyev
5 avqust / 13:52
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Slovakiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Layçakın etimadnaməsini qəbul edib.

“Qərb Xəbər” bildirir ki, səfir Milan Layçak etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburqun etimadnaməsini qəbul edib.

Səfir Tomas Şuller-Qötzburq etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Paylaş
Burada sizin reklamınız ola bilər