Dünya

Polşa XİN: Aİ daxilində müdafiə ittifaqı yaradılmalıdır

13 fevral / 08:59 1 dəq
A36c29e2 26b2 3e49 93ef 79cc4b2538c4
13 fevral / 08:59
Burada sizin reklamınız ola bilər

Polşa Aİ daxilində müdafiə ittifaqının yaradılmasının tərəfdarıdır.

“Qərb Xəbər”in məlumatına görə, bunu Veymar üçbucağının (Almaniya, Fransa, Polşa) xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

Nazir qeyd edib ki, Polşa bir vaxtlar enerji birliyinin tərəfdarı olduğu qədər Avropa müdafiə birliyinin tərəfdarıdır.

O, həmçinin vurğulayıb ki, NATO çərçivəsində əməkdaşlıq “özəl təhlükəsizlik şirkəti ilə müqavilə” kimi görünməməlidir. Sikorskinin sözlərinə görə, onun ABŞ prezidenti seçiləcəyi təqdirdə Donald Trampa xatırlatmaq istədiyi budur.

Paylaş
Burada sizin reklamınız ola bilər