Siyasət

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini dayandırdı

19 avqust / 08:56 1 dəq
Aad326c21b9a9e0bf98f4e14e14ab7ed
19 avqust / 08:56
Burada sizin reklamınız ola bilər

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada uzunmüddətli diplomatik fəaliyyətini başa vurub.

Qerbxeber.com xəbər verir ki, bu barədə o, Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində TASS agentliyinə müsahibəsində bildirib.

“Mən 18.5 il Moskvada səfir kimi çalışdım və diplomatik təcrübə qazandım. Mənim 18 ildən çox diplomatik karyeram artıq bitdi.

Mən indi Şuşadan millət vəkili olmaq istəyirəm və öz Şuşamı təmsil etmək istəyirəm. Ümid edirəm ki, mən Şuşadan deputat seçilə biləcəm”. , – deyə, Bülbüloğlu qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər