Dünya

Pit Heqset: İranla müharibə məqsədimizə çatana qədər davam edəcək

31 mart / 19:25 2 dəq
Pit Heqset
31 mart / 19:25
Burada sizin reklamınız ola bilər

Hörmüz boğazı yalnız ABŞ-nin məsələsi deyil, digər ölkələr də özlərini müdafiə etməli, özləri uğrunda vuruşmalıdırlar”.

Qerbxeber.com xəbər verir ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset deyib.

Nazir Hörmüz boğazından çoxlu sayda gəmilərin keçdiyini bildirib:

“Prezident Tramp bəyan edib ki, ya boğaz açılmalıdır, ya da biz fərqli davranacağıq”.

Heqset əlavə edib ki, Böyük Britaniya Dəniz Qüvvələrinin qüvvələri ora cəlb edilməli olsa da, bu, baş verməyib.

“Prezidentin də söylədiyi kimi, İraqdan dərs çıxarmışıq, bu səhvləri təkrarlamayacağıq”, – o vurğulayıb.

Müharibənin mümkün bitmə tarixi ilə bağlı Pit Heqset qeyd edib:

“Düşmənə nə vaxt nə edəcəyimizi demirik, hücumların nə vaxt bitəcəyini açıqlamırıq. Dörd-altı həftə və ya başqa bir müddətdən söhbət gedə bilməz, məqsədlərimizə çatana qədər davam edəcəyik”.

Paylaş
Burada sizin reklamınız ola bilər