Dünya

Peskov: Rusiya-ABŞ-Ukrayna üçtərəfli qrup işini dayandırdı

19 mart / 06:01 1 dəq
Dmitri peskov
19 mart / 06:01
Burada sizin reklamınız ola bilər

Rusiya-ABŞ-Ukrayna üçtərəfli qrupun işi dayandırılıb.

Qerbxeber.com APA-ya istinadən xəbər verir ki,bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik məsələləri üzrə Rusiya-ABŞ-Ukrayna üçtərəfli işçi qrupunun işinə fasilə verilib.

Bununla belə, Peskov Rusiya və Ukrayna arasında məhbus mübadiləsinin təşkili üzrə işlərin davam etdiyini, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin iqtisadi məsələlər üzrə ABŞ tərəfi ilə əlaqə saxladığını söyləyib.

Qeyd edək ki, bu ilin əvvəlindən bəri Rusiya-ABŞ-Ukrayna üçtərəfli danışıqlarının üç raundu keçirilib. Ən sonuncusu 17-18 fevral tarixlərində Cenevrədə baş tutub. Dördüncü görüş martın əvvəlinə planlaşdırılıb, lakin Yaxın Şərqdəki münaqişə səbəbindən təxirə salınıb.

Paylaş
Burada sizin reklamınız ola bilər