Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Peskov: “Baydenin Putin haqqında dedikləri şəxsi təhqirdir”

29 mart / 15:41 2 dəq
Peskov
29 mart / 15:41
Burada sizin reklamınız ola bilər

Kremlin sözçüsü Dmitri Peskov PBS televiziyasına müsahibəsində ABŞ Prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinə qarşı açıqlamalarının şəxsi təhqir olduğunu bildirib.

 

“Əvvəla, bu, şəxsi təhqirdir. Siyasi liderin, xüsusən də dünyanın ən böyük ölkəsinin – ABŞ-ın siyasi liderinin ritorikasında şəxsi təhqirin yerini təsəvvür etmək isə çətindir. Biz buna görə çox təəssüflənirik”, – deyə Peskov bildirib.

Mətbuat katibi Baydenin Putinin hakimiyyətdə olması ilə bağlı bəyanatını da tamamilə qəbuledilməz adlandırıb. Onun sözlərinə görə, kimin Rusiya Federasiyasının prezidenti olacağına ABŞ prezidenti deyil, seçkilərdə öz sözünü deyən Rusiya xalqı qərar verir.

Xatırladaq ki, Bayden Varşavada çıxışı zamanı Rusiyanın Ukraynadakı hərbi əməliyyatından danışarkən Putin haqqında belə deyib: “Allah xatirinə, bu adam hakimiyyətdə qala bilməz”.

O, həmçinin Rusiya prezidentini “qəssab” adlandırıb.

Kreml bildirib ki, dövlət başçısına ünvanlanan bu cür bəyanatlar Rusiya ilə ABŞ arasında münasibətlərin yaxşılaşdırılması üçün imkanlar pəncərəsini daraldır. Peskov Baydeni “bir çox yanlış fikirlərin qurbanı” adlandırıb və ABŞ liderinin müşavirlərinin yanlış arqumentlərinin belə bəyanatlara səbəb ola biləcəyini vurğulayıb. / RBK

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı