Elm və Texnologiya

Peşə məktəblərində təhsil prosesi ilə bağlı normativ hüquqi akt qəbul ediləcək

5 may / 16:10 1 dəq
6454e16a1b78d6454e16a1b78f1683284330ef4d03e576a9baa36e9b72883cdd5cd1
5 may / 16:10
Burada sizin reklamınız ola bilər

“Peşə təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi, akademik məzuniyyətlərin verilməsi, tələbənin təhsilini dayandırması, həmçinin xaricolunma və bərpa prosedurları ilə bağlı hüquqi normativ akt qəbul olunacaq”.

Bunu açıqlamasında elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, ali və orta ixtisas təhsil pilləsi üzrə bu prosedurlara dair müvafiq normativ hüquqi aktlar olsa da, amma peşə təhsilində yox idi, indi qanuna daxil edilib:

“Beləliklə, qanun qəbul olunsa, onun əsasında Elm və Təhsil Nazirliyi tərəfindən normativ hüquqi akt qəbul ediləcək və proses necə gəldi yox, qaydalar çərçivəsində tənzimlənəcək”.

Paylaş
Burada sizin reklamınız ola bilər