Peşə məktəblərinə tələbə qəbulunun apellyasiya mərhələsi başlayıb
Peşə təhsil müəssisələrinə tələbə qəbulunun apellyasiya mərhələsi başlayır.
Bu barədə “Qərb Xəbər”ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Müraciətlər portal.edu.az saytı vasitəsilə aşağıdakı ardıcıllıqla həyata keçirilməlidir:
1. Şəxsi kabinetə daxil olunur;
2. “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidmətinə keçid edilir;
3. “Müraciət et” bölməsinə daxil olunur;
4. Şəxsi məlumatlar daxil edilir;
5. Əvvəlki təhsil məlumatları daxil edilir;
6. Ekranda görünən vakant yerlərdən biri seçilib müraciət edilir;
7. Təsdiq aldığı təqdirdə, sənədlər peşə təhsil müəssisəsinə təqdim edilməlidir.
Müraciətlər sentyabrın 12-13-də qəbul olunur.




