Sosial

Peşə məktəblərinə qəbulun nəticələri

6 sentyabr / 13:38 1 dəq
Documents
6 sentyabr / 13:38
Burada sizin reklamınız ola bilər

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsinin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, 3 754 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.

İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər təhsil haqqında sənədin əsli, tibbi arayış, şəxsiyyət vəsiqəsi (surəti), 3×4 sm. ölçüdə 4 ədəd fotoşəkil və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) 6-10 sentyabr tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

Paylaş
Burada sizin reklamınız ola bilər