Dünya

Pentaqon Kiyevə 2,6 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb

5 aprel / 09:14 1 dəq
8877a017 1e17 3de8 b6db 72551cf0f851
5 aprel / 09:14
Burada sizin reklamınız ola bilər

ABŞ-ın Müdafiə Nazirliyi yeni paket çərçivəsində Ukraynaya 2,6 milyard dollarlıq hərbi yardım ayırdığını açıqlayıb.

“Qərb Xəbər”in məlumatına görə, bu barədə Pentaqonun press-relizində deyilir.

“Bu gün (dünən – red.) Müdafiə Nazirliyi Ukrayna üçün yeni kritik təhlükəsizlik yardımı elan edib”, – məlumatda deyilir.

Nazirlikdən verilən məlumata görə, yardım paketinə “Patriot” və NASAMS zenit-raket kompleksləri üçün döyüş sursatları, HIMARS reaktiv yaylım atəşi sistemləri və tankları, həmçinin artilleriya mərmiləri və dron əleyhinə silahlar daxildir.

Xatırladaq ki, ABŞ-ın Ukraynaya növbəti hərbi yardım paketini ayırlması barədə məlumatı daha əvvəl “Reuters” agentliyi adı açıqlanmayan rəsmilərə istinadən yayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər