President of georgia mikheil saakashvili in tbilisi, march 22, 2008
Rusiyanın Azərbaycanla bağlı planı budur -Saakaşvilidən müzakirələrə səbəb olacaq sözlər
6592c414 94a5 4074 b7fc d50ac14be6de
Türkiyə İskilipdə Beynəlxalq Qardaşlıq Görüşü-Skautlar Yaylaq düşərgəsində
Elnur123
Vücudumuzun səssiz bildirişi- Onu EŞİTMƏK vaxtıdır!-ELNUR NEMƏTOVUN yazısı
Financialtimes desktop min.2e16d0ba.fill 1968x942
Avropa Rusiya aktivləri üçün qərar verib, dərhal hərəkətə keçməlidir-“FİNANCİAL TİMES”
Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Paşinyanla Putinin Bakıya görə “qırmızı xətt” davası

2 il ago
A A
Pasinyan putin (1)

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin “Qarabağın Azərbaycanın bir hissəsi olduğunu Ermənistan tanıyıb” sözlərinə cavab verib və Moskvanı sərt şəkildə tənqid edib.

“Qərb Xəbər” məlumat verir ki, Paşinyan Putinin Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu haqda əvvəlki bəyanatlarını, eləcə də Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı haqda sənədləri xatırladıb.

Daha sonra 2021-ci ildən etibarən sərhəddə baş verən toqquşmalar zamanı Rusiya və KTMT-nin öz öhdəliklərini yerinə yetirmədiyini, Ermənistanı “müdafiəsiz” qoyduğunu bildirib.

“Biz deyirik ki, KTMT-nin məsuliyyət zonasını düzəldin. Ermənistan KTMT-nin üzvüdür, hə? Ermənistan Respublikası KTMT-nin məsuliyyət zonasıdır, dəqiləşdirin, o məsuliyyət zonası nədir? Çünki bizdə elə vəziyyət yaranıb ki, həmin məsuliyyət zonası pozulub, biz bu anlayışı irəli sürmüşük. Bizim müqavilələrimizin əsası ondan ibarət idi ki, Ermənistanın suveren ərazisi KTMT və Rusiya üçün “qırmızı xətdir”. “Qırmızı xətt” pozulub deyirik, deyirlər xeyr, pozulmayıb. Deyirik ki, yaxşı: bu kağız, bu da qələm, dediyiniz “qırmızı xətti” çəkin, göstərin haradan keçdiyini? Deyirlər ki, biz bunu çəkə bilmərik. Bu o deməkdir ki, Ermənistanda “qırmızı xəttiniz” yoxdur”, – erməni baş nazir bildirib.

Nikolun Ermənistan İctimai televiziyasına verdiyi müsahibənin əsas notları Rusiyanın ittihamına yönəlib, xüsusilə Moskvadan İrəvana ünvanlanan tənqidlərə cavab xarakteri daşıyır və sərtliyi ilə seçilir. Erməni baş nazirin Moskvanı indi – Rusiyaya səfərdən öncə tənqid etməsi diqqət çəkir. Dekabrın 25-26-sı tarixlərində Paşinyan Avrasiya İqtisadi İttifaqı və MDB iclaslarında iştirak etmək üçün Sankt-Peterburqa gedəcək. Bu, Moskva-İrəvan gərginliyi fonunda uzun müddətdir Rusiyaya səfərdən imtina edən erməni baş nazirin ilk səfəridir və səfər zamanı qeyri-rəsmi təmaslarda Paşinyandan anti-Rusiya siyasətinin səbəbləri haqda da soruşacaqlar. Bu baxımdan, onun səfərdən öncə Rusiyanı ittiham edən açıqlamalar verməsi suallar yaradır. Mümkündür ki, Nikol bununla özünəməxsus formada manevrlər edir: bir tərəfdən Sankt-Peterburqa səfəri öncəsi Qərbə hələ də anti-Rusiya mövqeyinə sadiqliyini nümayiş etdirir, digər tərəfdən, erməni ictimai rəyini Rusiyaya qarşı kökləməklə Sankt-Peterburqda əlini gücləndirmək gedişi edir;

Baş verənlər Moskva-İrəvan xəttindəki gərginliyin Putin-Paşinyan səviyyəsində açıq qarşıdurmaya keçdiyini deməyə əsas verir.

Publika.az

Son xəbərlər

Makron

Makron: Avropa güclü olanın haqlı olduğu nəzəriyyəsini qəbul etməyəcək

08 İyul 2025
Tramp yeni

Tramp Rusiyaya qarşı sanksiyaların qəbuluna “ciddi baxdığını” bəyan edib

08 İyul 2025
Azer pakis

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi

08 İyul 2025
90848c37 a500 4e65 b5f1 05f719b5413e

Şəmkirdə “SHORECA-Orqanik və Ekodostu Kənd Təsərrüfatı layihəsinin icrası davam edir

08 İyul 2025
Tramp ve netanyahu

Tramp və Netanyahu Xameneinin taleyini müzakirə edib-İDDİA

08 İyul 2025
Logo footer ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
    • İdman
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb Xəbər TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.