Dünya

Paşinyan yeni konstitusiya lahiyəsinin hazırlanmasına göstəriş verib

26 iyun / 09:45 1 dəq
Pasinyan (2)
26 iyun / 09:45
Burada sizin reklamınız ola bilər

Ermənistanın Baş naziri Nikol Paşinyanın 2026-cı ilin sonuna kimi yeni Konstitusiya layihəsinin hazırlanması barədə tapşırıq verdiyi bildirilir.

Qerbxeber.com “Azadlıq radiosuna” istinadən xəbər verir

Qeyd olunur ki, Paşinyan Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı davam edən tələbi fonunda bu qərarı verib:

“Qərardan əvvəl 2022-ci ildə yaradılan Konstitusiya İslahatları Şurası konstitusiya dəyişiklikləri layihəsi hazırlayırdı. Konsepsiyanın ilkin variantı 2024-cü ilin yanvarında hökumətə göndərilib. İndi Paşinyan yeni Konstitusiya layihəsinin hazırlanmasını tapşırıb. Qərarda “Konstitusiyaya dəyişiklikləri” əvəzinə “yeni Konstitusiya” ifadəsinin yazılması açıq şəkildə qeyd olunub”.

Paylaş
Burada sizin reklamınız ola bilər