Bölgə xəbərləri

Paşinyan Moskvadakı parada qatılacaq

8 may / 17:10 1 dəq
Putin pasinyan
8 may / 17:10
Burada sizin reklamınız ola bilər

Ermənistanın baş naziri Nikol Paşinyan da Rusiyaya səfər edərək mayın 9-da paytaxt Moskvada keçiriləcək paradda iştirak edəcək.

Qərb XəbərTASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, səfər Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq.

Qeyd edək ki, Putin bundan əvvəl Tacikistan və Türkmənistan prezidentlərini də Moskvaya dəvət edib. Hələlik sadəcə Qırğızıstan prezidenti Sadır Japarovun iştirakı təsdiqlənmişdi.

Paylaş
Burada sizin reklamınız ola bilər