Paşinyan: Erməni məsələsi kimlərinsə əlində geosiyasi “sikkə”yə çevrilməməlidir
“İsrailin Baş naziri Benyamin Netanyahunun “erməni soyqırımı” ilə bağlı bəyanatının Ermənistan və erməni xalqının maraqları ilə əlaqəsi yoxdur”.
Qerbxeber.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir İsrailin “erməni soyqırımı”nı tanıması məsələsinin İrəvanın maraqlarına uyğun olmadığını bildirib:
“Bu məsələ barədə düşünməliyik. “Erməni soyqırımı”nın tanınması və ya tanınmamasının başqaların əlində geosiyasi “sikkə”yə çevrilməsini həqiqətən istəyirikmi? Dövlət maraqlarına diqqət yetirmək və o mövqedən çıxış etmək lazımdır. Nə qədər ölkə “erməni soyqırımı”nı tanıyıb. Bəs Ermənistan bundan nə qazanıb? Əsas məsələ budur, ona nəzər yetirmək lazımdır”.
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu ötən gün ölkəsinin “ermənui soyqırımı” iddiasını tanıdığını bəyan edib.




