Dünya

Paşinyan ATƏT-in Minsk qrupunun buraxılmasını məqsədəuyğun hesab edir

31 avqust / 15:43 1 dəq
7a08a6f2 0d51 3ac5 88f4 65cfe2e0c77e
31 avqust / 15:43
Burada sizin reklamınız ola bilər

Ermənistan Qarabağ münaqişəsinin həlli üzrə Rusiya, ABŞ və Fransadan ibarət ATƏT-in Minsk qrupunun buraxılmasını məqsədəuyğun hesab edir.

Qerbxeber.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirib.

“Sülh kontekstində biz ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı qərar qəbul etməyi mümkün hesab edirik. Sülh bərqərar olmuş fakt olan zaman belə bir formatın mövcudluğu suallar yarada bilər”, – o deyib.

Paşinyanın sözlərinə görə, bütün məsələlər zamanla bağlıdır. “Bu cür mövzuları indi müzakirə predmetinə çevirməyin nə dərəcədə effektiv və düzgün olduğunu başa düşməliyik”, – Ermənistanın baş naziri əlavə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər