Dünya

Paşinyan ABŞ rəsmisi ilə Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə edib

18 aprel / 13:10 1 dəq
B4afca7b 3c3d 3921 861c 217a5ab800cf
18 aprel / 13:10
Burada sizin reklamınız ola bilər

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsonla Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə edib.

“Qərb Xəbər” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətindən bildirilib.

Vurğulanıb ki, tərəflər həmçinin kommunikasiya xətlərinin açılması barədə də danışıblar.

Bundan başqa, onlar qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, E.Olson Ermənistanda səfərdədir. O, daha əvvəl Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan və parlamentin vitse-spikeri Ruben Rubinyanla görüşüb.

Paylaş
Burada sizin reklamınız ola bilər