Maraqlı

Parlament seçkilərində 991 namizəd iştirak edəcək

24 avqust / 16:49 1 dəq
MSK muavin
24 avqust / 16:49
Burada sizin reklamınız ola bilər

Parlament seçkiləri ilə bağlı çap olunan bülletenlərdə 991 namizədin adı qeyd edilib.

Qerbxeber.com  Report-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq seçki prosesinin son mərhələsidir: “Komissiyanın qərarı ilə 6 516 567 seçki bülleteni çap olunub. Bülletenlərdə 991 namizədin adı qeyd edilib. Bu, o deməkdir ki, sentyabrın 1-də keçirilən seçki prosesində geniş seçim imkanı var”.

MSK rəsmisi bildirib ki, bu vaxta qədər namizədlərin təşviqat kampaniyası bir-birilərinə qarşılıqlı hörmət şəraitində və sakit atmosferdə davam edir.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər