Dünya

Panama Trampın bəyanatları ilə bağlı BMT-yə şikayət verib

22 yanvar / 13:32 1 dəq
E22f4796 d857 3501 a54e 2d4ed3a3c6ff
22 yanvar / 13:32
Burada sizin reklamınız ola bilər

Panamanın BMT-dəki daimi nümayəndəliyi ABŞ Prezidenti Donald Trampın Panama kanalı üzərində nəzarəti bərpa etmək planları ilə bağlı bəyanatlarına cavab olaraq təşkilata şikayət göndərib.

Bu barədə Qerbxeber.com “Figaro” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, Panama BMT-nin Baş katibi Antonio Quterreşə göndərilən məktubda Trampın onlara məxsus kanala sahib olmaq niyyətindən narahatlığını ifadə edib.

“Müraciətimizi BMT Təhlükəsizlik Şurasının 15 üzvünə çatdırmağınızı xahiş edirik”, – məktubda qeyd edilib.

Xatırladaq ki, yanvarın 20-də ABŞ Prezidenti Donald Tramp ölkəsinin Panama kanalına nəzarətini qaytaracağına söz verib.

Panama Prezidenti Xose Raul Mulino bildirib ki, Panama kanalı ölkə hökumətinin nəzarəti altında qalacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər