Dünya

Özbəkistan hakimiyyəti dinə qarşı mübarizə kampaniyasını aparılır.

21 sentyabr / 16:35 1 dəq
380372431 685633973592697 4860753201436550494 n (1)
21 sentyabr / 16:35
Burada sizin reklamınız ola bilər

AzadlıqRadiosunun Özbək xidməti – Ozodlik yazır ki, ölkə boyunca kişilərini saqqallarını qırxmağa, qadınları isə hicablarını açmağa məcbur edirlər.

Ozodlik bildirir ki, onun redaksiyasına daxil olmuş videoda Əndicandakı Bank Kollecində hicablı qızlardan hicablarını açmaları və baş örtüyünü arxadan düyünləmələrinin tələb olunduğu görnür.

Bu tələbi yerinə yetirməyənləri dərsə buraxmırlar.

Ozodlik yazır ki, bu, ilk belə hadisə deyil. Bundan əvvəl Buxara Mühəndis-Texnologiya İnstitutunun üçüncü kurs tələbəsi Fatima Abdulloh Özbəkistan prezidenti Şavkat Mirziyoyevin qızı Səidəyə müraciət edərək hicablı tələbələri müdafiə etməsini rica etmişdi.

Bu barədə “Qərb Xəbər”  AzadlıqRadiosuna istinadən  məlumat verir.

Paylaş
Burada sizin reklamınız ola bilər