Kateqoriyasız

Ötən il ixrac edilmiş məhsulun 0,2%-i geri qaytarılıb

13 fevral / 14:35 1 dəq
Ce18e6a6 8a25 4e03 85e3 d49314b20826
13 fevral / 14:35
Burada sizin reklamınız ola bilər

“Ötən il 580 934 ton meyvə-tərəvəz, o cümlədən 61 089 ton kartof müvafiq sertifikatla təmin olunaraq ixrac edilib”.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, həmin meyvə-tərəvəz məhsullarının ixrac edildiyi ölkələrdən cəmi 8 avtonəqliyyat vasitəsi geri qaytarılıb: “Bu da meyvə-tərəvəz məhsullarının ümumi ixracının 0,02%-ni təşkil edir. Bunlar ciddi göstəricilərdir və Azərbaycan qida məhsullarının etibar qazanmasının bariz göstəricisidir”.

Paylaş
Burada sizin reklamınız ola bilər