Sosial

Ötən ay 3,9 min şəxsə əlillik təyin olunub

10 fevral / 09:08 1 dəq
65c624081ece265c624081ece31707484168773ae2ef0be2c3e75ba73e1c13ebd3bf
10 fevral / 09:08
Burada sizin reklamınız ola bilər

Bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 3,9 min şəxsə əlillik təyin edilib.

Nazirlikdən “Qərb Xəbər”ə  verilən xəbərə görə, onlardan 1,9 mininə ilkin, 2 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub.

Son bir ayda Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 8,6 min şəxsə reabilitasiya xidməti göstərilib.

Paylaş
Burada sizin reklamınız ola bilər