Ötən gecə İsrail qırıcıları, helikopterləri və artilleriyası Qəzza zolağında HƏMAS hərəkatı və “İslami cihad” qruplaşmasının radikallarının 500-dən çox hədəfini vurub.
“Qərb Xəbər” bildirir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“HƏMAS-ın yeddi komanda mərkəzi və “İslami cihad” komanda mərkəzi hücuma məruz qalıb”, – deyə mətbuat xidmətinin məlumatında qeyd edilib.
Bundan başqa HƏMAS-ın rəhbər şəxslərindən Ruhi Maştaanın iqamətgahının yerləşdiyi çoxmərtəbəli binalara da hücum edilib.