Hadisə

Orta tibb və ya əczaçılıq təhsili olanların attestasiyası həyata keçiriləcək

27 oktyabr / 16:30 1 dəq
653bab67f2f2e653bab67f2f2f1698409319653bab67f2f2c653bab67f2f2d
27 oktyabr / 16:30
Burada sizin reklamınız ola bilər

Orta tibb və ya əczaçılıq təhsili olan şəxslərin (işçilərin) attestasiyası həyata keçiriləcək.

“Qərb Xəbər”in məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Səhiyyə Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişiklikdə əksini tapıb.

Orta tibb və ya əczaçılıq təhsili olan şəxslərin (işçilərin) attestasiyasını həyata keçirmək Səhiyyə Nazirliyinin vəzifələri sırasına daxil edilib.

Qeyd edək ki, indiyə qədər nazirlik səhiyyə işçilərinin əlavə təhsili üzrə tədbirləri, qanunvericiliyə uyğun olaraq həkimlərin və əczaçıların sertifikasiyasını və digər səhiyyə işçilərinin attestasiyasını həyata keçirib.

İ.Babayeva

Paylaş
Burada sizin reklamınız ola bilər