Orta Dəhliz iştirakçıları ilə Aİ arasında sazişin imzalanması təklif olunur
Qazaxıstan Orta Dəhliz iştirakçıları ilə Avropa İttifaqı arasında saziş imzalamağı təklif edib.
“Qərb Xəbər” “TASS“a istinadən verdiyi məlumata görə, bunu Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev Brüsseldə keçirilən Aİ-Mərkəzi Asiya nəqliyyat investisiya forumunda deyib.
Onun sözlərinə görə, respublika hakimiyyəti Xəzər dənizinin sahilindəki Aktau və Kurık limanlarını sonradan özəlləşdirmə imkanı ilə Avropa şirkətlərinin idarəçiliyinə təqdim etməyə hazırdır.
“Biz Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – red.) iştirakçıları ilə Avropa İttifaqı arasında bu marşrutun inkişafı ilə bağlı saziş imzalamağı təklif edirik”, – deyə nazir vurğulayıb.




