Xəbər

Ordumuzun Xocalı istiqamətində yerləşən mövqeləri atəşə tutulub

30 iyun / 08:35 1 dəq
9ac5ae49 5b9e 3d69 9500 02f8ca38b7c2
30 iyun / 08:35
Burada sizin reklamınız ola bilər

İyunun 29-u saat 18:10 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bu barədə “Qərb Xəbər”ə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

“Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Şuşa və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb”, – məlumatda deyilir.

Paylaş
Burada sizin reklamınız ola bilər