Mədəniyyət

Onlar Dünya İrs siyahısına təqdim olunacaq

27 iyun / 10:57 2 dəq
Ccc351b0 bcac 4631 911a 7efe9c6ee50b
27 iyun / 10:57
Burada sizin reklamınız ola bilər

“Azərbaycandakı bir neçə məkanın UNESCO-nun Dünya İrs siyahısına namizəd kimi irəli sürülməsi nəzərdə tutulur”.

Bunu Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, hazırda ciddi şəkildə Şəkinin Xan sarayı və şəhərin qədim hissəsinin bu siyahıya salınması üzərində iş gedir: “Bakıda bu məsələ müzakirə olunacaq və ümid edirik ki, nəticə müsbət olacaq. Bir neçə variant var və onların bəzilərində nöqsanlar mövcuddur. Onları aradan qaldırdıqdan sonra yenidən məsələyə baxılacaq. Çalışacağıq ki, məsələ həll olunsun”.

Ə.Qarayev qeyd edib ki, Hirkan milli parkının meşələri üçün İranın nominasiyası nəzərdə tutulur: “Həmin meşənin Azərbaycana düşən hissəsinin vahid məkan kimi təqdim etmək istəyirik. Bu gələcəyin məsələsidir. Naxçıvanın türbələrini də siyahıya salınmasını nəzərdə tuturuq. Hazırda bu məkanlar normal vəziyyətdə olduğundan elmi cəhətdən əsaslandırılması prosesi getməlidir. Hesab edirəm ki, Azərbaycanın kifayət qədər potensialı var. Bir neçə nominasiyamız namizəd kimi təqdim olunub. UNESCO-nun müsbət cavabı gələndən sonra onların adlarını açıqlayacağıq”.

Paylaş
Burada sizin reklamınız ola bilər