Ağstafa

Ölkədə qeyri-sabit hava İyulun 7-ə qədər davam edəcək

3 iyul / 20:55 1 dəq
Hava
3 iyul / 20:55
Burada sizin reklamınız ola bilər

İyulun 3-ü saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

Bu barədə Qerbxeber.com-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Daşkəsən, Gədəbəy, Qusarda arabir yağış yağır.

Qazax,Ağstafa, Tovuz, ,Şəmkir rayonlarında gün ərzində hava buludlu olub, ara-bir yağış yağıb.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Culfada 22, Neftçalada 21, Bakıda və Abşeron yarımadasında 20, Naftalanda 18 m/s-yə çatır.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 7-dək davam edəcəyi gözlənilir.

Paylaş
Burada sizin reklamınız ola bilər