İyulun 3-ü saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.
Bu barədə Qerbxeber.com-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Daşkəsən, Gədəbəy, Qusarda arabir yağış yağır.
Qazax,Ağstafa, Tovuz, ,Şəmkir rayonlarında gün ərzində hava buludlu olub, ara-bir yağış yağıb.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Culfada 22, Neftçalada 21, Bakıda və Abşeron yarımadasında 20, Naftalanda 18 m/s-yə çatır.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 7-dək davam edəcəyi gözlənilir.