Ağstafa

Bölgələrə yağış yağacaq, dolu düşəcək

19 iyul / 14:37 1 dəq
Images 2024 07 19T143641.710
19 iyul / 14:37
Burada sizin reklamınız ola bilər

Azərbaycanın rayonlarında iyulun 21-i axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Qerbxeber.com verilən xəbərə görə, ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Paylaş
Burada sizin reklamınız ola bilər