Bu günkü həm söhbətimiz əslən Ağstafalı kinorejissor Musazadə Kamalə Mehralıdır. Bir o, bir az bir danışmışıq. Şəhid Milli Qəhrəman Rafiq Alıcanov haqqında çəkdiyi “Oğuz elinin qəhrəmanı” adlı sənədli filmi haqqında danışmasını istədik.
– Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin “Salnamə” studiyasında 2010-cu ildən başlayaraq “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsi çərçivəsində sənədli filmlər çəkilir. Bu filmlər Qarabağ müharibəsində qəhrəmanlıq göstərən şəhidlərdən, Milli Qəhrəman statusu alan oğul və qızlarımız haqqındadır.
Bu mövzuda bu günədək təxminən 95 film çəkilib.
Mühasibimiz Kamalə xanım 20-yə qədər belə filmin ssenari müəllifi və rejissorudur.
Sonuncu filmi Milli Qəhrəman Rafiq Alıcanov haqqındadır. “Oğuz elinin qəhrəmanı” filminin təqdimatı Vətən Müharibəsinin il dönümündə, sentyabr ayında Qazax-Ağstafa və Bakıda olacaq.
Rafiq Alıcanov Qazaxın Kəməri kəndində dünyaya gəlib.
O müharibə başlayan dövrlərdə Rusiyanın Kalininqrad Hərbi Mühəndis Komandanlıq məktəbində təhsil alırdı. Vətənə qayıdıb könüllü müharibəyə gedir. Onu çox məsuliyyətli vəzifəyə təyin edirlər: Qazaxdan Haramı düzünə qədər cəbhə boyu Mühəndis İstehkam İşi üzrə xidmət rəisi.
Rafiq Alıcanov Füzulinin Kürdmahmudlu kəndində şəhid olub.
O vaxtkı komandanlıq əslində əsgərin icra etməli olduğu iş üçün xidmət rəisinə əmr verir. Əməliyyatda 6 nəfər iştirak edirdi. Mühasirəyə düşən döyüşçülərin beşi şəhid olur, Alıcanov ayağından ciddi yaralanır. O yoldaşlarının silahlarını da götürüb atışır və qanaxmadan huşunu itirir. Ermənilərə əsir düşən Rafiqi elə əsirlikdəki azərbaycanlı həkim Tofiq Şəfiyev müalicə edir, sağaldır. Tofiq Şəfiyevi sonra İrəvana apardıqlarından Rafiqin sonrakı taleyindən xəbəri olmur.
Bir həftə sonra, noyabr ayının beşində Alıcanovu dəyişməyə apararkən yolda ermənilər Kamazın qabağını kəsib onu ürəyindən güllələyirlər.
Milli Qəhrəman Rafiq Alıcanov Ağstafanın Köçvəlli kəndində dəfn olunub.
Kamalə xanım deyir ki, Rafiq Alıcanov haqda filmi 7-8 il öncə çəkmək istəyib, amma hər dəfə fərqli problemlərlə üzləşdikləri üçün təxirə düşüb.
Ən son 20 sentyabrda bu məqsədlə Qazaxa gəlir. Ayın 27-si gəlməli olan çəkiliş qrupu müharibə səbəbilə gələ bilmir.
3 ay 5 gün Qazaxda və Ağstafada qalmalı olan Kamalə xanım həm filmin çəkilişini özü aparmalı olur, həm də az qala hər gün şəhidlərin dəfn mərasimlərində iştirak edir.
– Əgər film nəzərdə tutulduğu kimi 7- 8 il öncə çəkilmiş olsaydı bəlkə sıradan bir film olacaqdı. Çəkiliş İkinci Vətən müharibəsi ilə eyni zamanda həyata keçirildiyi üçün filmə eyni zamanda savaş ruhu, qələbə sevinci hopdu.
Onu da qeyd edək ki, bu silsilədən Kamalə xanımın Alı Mustafayev haqda “Alı zirvəsi”, Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəyli haqqında “Ulu Türkün Təbrizi” filmləri çəkilib.
“Alı zirvəsi” filminin Qazaxda da, Bakıda da təqdimatları keçirilib. Bakıda keçirilən təqdimatı Qənirə Paşayeva geniş şəkildə təqdim edib.
Filmlərin təqdimatlarını Milli Kino Mərkəzi YouTube kanalından izləyə bilərsiniz.