Dünya

Netanyahu Qəzza zolağında əməliyyatın başa çatacağı tarixi açıqlayıb

11 mart / 08:59 1 dəq
D2873c9255b4aba86bb1a84b36d34b79netanyu jpg
11 mart / 08:59
Burada sizin reklamınız ola bilər

İsrail ordusu yaxın iki ay ərzində Qəzza zolağında hərbi əməliyyatları dayandıracaq.

Qerbxeber.com xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin “Politico” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hərbi əməliyyat iki aydan çox davam etməyəcək.

“Ola bilsin, altı həftə, bəlkə də dörd həftə çəkəcək”, – deyə o əlavə edib.

Baş nazir qeyd edib ki, İsrail Müdafiə Qüvvələri artıq HAMAS qruplaşmasının terrorçu batalyonlarının 75%-ni məhv edib.

“Biz son hissəyə yaxınlaşırıq”, – deyə o bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər