Netanyahu: Müharibənin dayandırılması üçün danışıqlara başlamaq barədə göstəriç verdim
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza şəhərinin ələ keçirilməsi planlarını təsdiqləmək üçün Qəzza zolağına gəlib.
Qerbxeber.com Teleqraf -a istinadən xəbər verir ki, Baş nazirin Fələstin anklavında qeydə aldığı videomüraciət onun ofisi tərəfindən yayılıb.
İsrail lideri bildirib: “Qəzza zolağına İsrail ordusunun Qəzza şəhərini ələ keçirmək və HƏMAS-ı məğlub etmək planlarını təsdiqləmək üçün gəlmişəm. Eyni zamanda, bütün girovların azad edilməsi və İsrail üçün məqbul şərtlərlə müharibənin dayandırılması üçün dərhal danışıqlara başlamaq barədə göstəriş verdim. Qərar qəbul etmə mərhələsindəyik”.




