Dünya

Netanyahu fələstinlilər üçün dövlət yaratmaq ideyasını rədd edib

21 yanvar / 23:02 1 dəq
D2873c9255b4aba86bb1a84b36d34b79netanyu jpg
21 yanvar / 23:02
Burada sizin reklamınız ola bilər

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenlə telefon danışığı zamanı fələstinlilər üçün dövlət yaradılması ideyasını rədd edib.

“Qərb Xəbər” məlumat verir ki, bu barədə “The Guardian“ məlumat yayıb.

İsrail hökuməti başçısının nümayəndəsinin sözlərinə görə, Netanyahu suveren Fələstin dövləti yaratmaqdan imtina edib, çünki bu qərar İsrailin təhlükəsizlik zəmanətlərinə ziddir.

“Baş nazir Netanyahu prezident Baydenlə söhbətində HƏMAS-ın məhv edilməsindən sonra İsrailin Qəzza zolağına nəzarəti saxlamalı olduğu siyasətini bir daha təsdiqləyib”, – deyə məlumatda bildirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər