Bölgə xəbərləri

“Neftçi” yarımfinalda “Turan Tovuz”la qarşılaşacaq

21 dekabr / 16:58 1 dəq
Futbol
21 dekabr / 16:58
Burada sizin reklamınız ola bilər

“Əsas favoritlər olan “Qarabağ”la “Sabah” mübarizəni dayandırdı. Düşünürəm ki, kuboku qazanmaq üçün əla şansımız var”.

Bunu “Neftçi”nin qapıçısı İvan Brkiç evdə “Zirə”yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu barədə “vecernji.hr” saytına açıqlamasında deyib.

Paytaxt klubu ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzsa da, ev qələbəsi sayəsində yarımfinala adlayıb.

“Ağ-qaralar”ın 7 ildir sözügedən titulu qazana bilmədiyini xatırladan xorvatiyalı qolkiper bu mövsüm tilsimi qırmaq istədiklərini gizlətməyib: “Bunun üçün olduqca motivasiyalıyıq”.

“Neftçi” Azərbaycan Kubokunun yarımfinalında “Turan Tovuz”la qarşılaşacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər