Nazirlik: Qızılca və suçiçəyinə yoluxma müşahidə olunmur
Son dövrdə qızılcaya yoluxma qeydə alınmayıb.
“Qərb Xəbər” bildirir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib. Qeyd edilib ki, mövsümlə əlaqədar olaraq suçiçəyinə yoluxma yüksəlib:
“Mövsüm sona çatdığı üçün suçiçəyinə də yoluxma artıq müşahidə olunmur”.
Qeyd edək ki, son günlərdə əhali arasında qızılca və suçiçəyinə yoluxmanın artması ilə bağlı məlumat yayılıb.
APA.az




