Kateqoriyasız

Nazirlik: Məzun günü keçirilə bilər

24 iyun / 13:30 1 dəq
88f8804c 345b 3b2e b2c7 9485725ecd92
24 iyun / 13:30
Burada sizin reklamınız ola bilər

Təhsil Nazirliyi ali və orta ixtisas təhsili müəssisələrində məzun gününün keçirilməsinə münasibət bildirib.

Nazirlikdən Reportun sorğusuna cavab olaraq bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrindən məzun gününün keçirilməsinə razılıq verilməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olur.

Qeyd olunub ki, ölkədəki sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq ali və orta ixtisas təhsili müəssisələri tərəfindən açıq havada, 100 nəfərdən çox olmamaq şərti ilə və Nazirlər Kabinetinin Operativ Qərargahının müvafiq tələbləri gözlənilməklə Məzun günləri təşkil edilə bilər.

Paylaş
Burada sizin reklamınız ola bilər