Sosial

Nazir: “Son 20 ildə Azərbaycanda ilk dəfədir…”

25 iyun / 12:16 1 dəq
154fe685 451f 4f7e 9192 c24125a5d14a
25 iyun / 12:16
Burada sizin reklamınız ola bilər

“Azərbaycanda dünən və bu gün çox isti müşahidə olunub. Ötən gün havanın temperaturu 37 dərəcə isti olub ki, bu da iyun ayı üçün rekord göstəricidir”.

Bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev BMT-nin Dövlət xidmətləri forumu çərçivəsində keçirilən seminarda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, son 20 ildə ilk dəfədir iyun ayında belə yüksək temperatur qeydə alınıb: “Hesab edirik ki, bu da iqlim dəyişikliyinin təzahürüdür. Son 30 il ərzində Azərbaycanda orta temperatur göstəricisi 1.4 dərəcə artıb. Hesab edirəm ki, bu, çox dramatik artımdır. Bunun da iqtisadiyyatın digər sahələrinə təsiri çox yüksəkdir”.

Paylaş
Burada sizin reklamınız ola bilər