Elm və Texnologiya

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi Kembric statusu alıb

3 iyul / 19:03 1 dəq
6a36da4a cd94 39fe 9e77 fe97684bbcf8
3 iyul / 19:03
Burada sizin reklamınız ola bilər

Naxçıvan Dövlət Universitetinin (NDU) Beynəlxalq Məktəbi sentyabrdan 1-ci və 6-cı siniflər üçün Kembric Beynəlxalq Təhsil Proqramı əsasında tədris aparmaq lisenziyası alıb.

Məlumata görə , Ali təhsil müəssisəsində Beynəlxalq Məktəbin Kembric Proqramı üzrə məsul şəxsi Bayram Əliyevdir.

Qeyd edək ki, Kembric Proqramı dünyada bir neçə tanınmış, nüfuzlu tədris proqramlarından biridir və Kembric diplomları (attestat) dünyanın ən nüfuzlu universitetləri tərəfindən tanınır. Tədrisi yalnız ingilis dilində həyata keçirilən Kembric Proqramına lisenziya almaq üçün məktəblərdən müasir idarəetmə, yeni və effektiv tədris prosesi, müasir tədris imkanları tələb olunur. Məktəbi bitirərkən şagirdlər ingilis dili ilə yanaşı, modern dünya dillərindən ən az birinə mükəmməl şəkildə yiyələnir.

Paylaş
Burada sizin reklamınız ola bilər