Bölgə xəbərləri

NATO gəmiləri Baltik dənizinə daxil olub

19 noyabr / 13:20 1 dəq
872859d4bbb044855ff43fa3c061dc9d
19 noyabr / 13:20
Burada sizin reklamınız ola bilər

NATO-nun 1-ci Daimi Hərbi Dəniz Qrupunun üç gəmisi Estoniyaya çatıb.

“Qərb Xəbər” “24News.ge”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gəmilər Baltik dənizi regionunda təhlükəsizliyin təmin edilməsinə kömək etmək məqsədi ilə daxil olublar. Tallin limanında dayanan NATO gəmiləri qrupuna Niderland freqatı, həmçinin flaqman “HNLMS Tromp” (F803), Danimarka freqatı “HDMS Esbern Snare” (F342) və Norveç tankeri “HNoMS Maud” daxildir.

Gələn həftə gəmilər Finlandiyaya yola düşəcək və burada “Ice Winds 22” beynəlxalq dəniz təlimində iştirak edəcəklər.

Paylaş
Burada sizin reklamınız ola bilər