Elm və Texnologiya

NASA ayətrafı orbitə astronavt göndərəcək

10 mart / 09:00 1 dəq
Images (72)
10 mart / 09:00
Burada sizin reklamınız ola bilər

ABŞ aerokosmik agentliyi NASA gələn il ayətrafı orbitə astronavt göndərəcəyini açıqlayıb.

“Qərb Xəbər” in xəbərinə görə, Artemis-1 missiyası ötən dekabrda uğurla tamamlanıb. Göyərtəsində insan olmayan raket Ay ətrafında 25 gün dövrə vuraraq uğurla Yerə qayıdıb.

Gələn dekabrda isə NASA 4 kosmonavtı ayətrafı orbitə yollamağı planlaşdırır. Onların Yerin yeganə təbii peykinə enməsi nəzərdə tutulmur.

Qeyd edək ki, ABŞ-dan olan astronavtlar Aya sonuncu dəfə 1972-ci ildə eniblər.

Paylaş
Burada sizin reklamınız ola bilər