“Napoli” İtaliya çempionu olub
İtaliya A Seriyasında mövsümün sonuncu -XXXVIII turuna start verilib.
Qerbxeber.com xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Çempionluq uğrunda mübarizə aparan iki komanda – “Napoli” və “İnter” öz matçlarını keçiriblər.
Milan təmsilçisi səfərdə “Komo”nu 2 cavabsız qolla məğlub etməyi bacarıb. Lakin bu qələbə çempionluq üçün kifayət etməyib. Eyni vaxtda başlayan digər görüşdə “Napoli” “Kalyari”yə 2:0 hesabı ilə qalib gələrək çempionluğunu rəsmiləşdirib.




