Sosial

Naftalan Regional Bərpa Mərkəzi istifadəyə veriləcək

10 iyun / 12:07 1 dəq
Berpa merkezi
10 iyun / 12:07
Burada sizin reklamınız ola bilər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naftalan şəhərindəki əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, yüksək standartlara uyğun reabilitasiya şəraiti yaradılır.

Müəssisə əlilliyi olan şəxslərə səmərəli fizioterapevtik üsulların tətbiqi əsasında bərpa müalicəsi xidmətləri göstərilməsi üçün nəzərdə tutulub. Əsaslı təmir və yenidənqurma işləri artıq yekunlaşmaqdadır və Mərkəz yaxın aylarda istifadəyə veriləcək.

Burada əlilliyi olan şəxslərə kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək. Həmçinin onların müalicə idmanına cəlb olunması, onlarda gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği və s. istiqamətlərdə işlər aparılacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər