Hadisə

Nərmin Quliyeva dəfn edilib

8 yanvar / 12:21 1 dəq
0710c57d ebc8 4a02 9f5e e770f37e65fc
8 yanvar / 12:21
Burada sizin reklamınız ola bilər

Tovuz rayonunda itkin düşən və daha sonra yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyeva dəfn olunub.

Dəfn mərasimində mərhumun yaxınları, Milli Məclisin deputatı Qənirə Paşayeva və rayon rəhbərliyi iştirak ediblər.

Nərmin Quliyeva Tovuz rayonunun Dondar Quşçu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, ötən il noyabrın 21-də itkin düşən N.Quliyevanın meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi isə hələ məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər