Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Nərminin məktəb yoldaşları məhkəmədə ifadə verdilər

1 ay ago
A A
1578400417_nermin1

Dünən Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Qərb Xəbər“in Report-a istinadən məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə Nərmin Quliyeva ilə eyni məktəbdə oxuyan S.Abdullayeva və Ş.Abdıyeva, həmçinin 3 kənd sakini ifadə verib.

Onlar təqsirləndirilən İlkin Süleymanovun vəkilinin və hakimin suallarını cavablandırıblar.

Ş.Abdıyeva bildirib ki, Nərminin itdiyi gün onu əmisigilin küçəsində görüb: “Mən S.Abdullayeva ilə birgə ingilis dili məşğələsindən qayıdan zaman Nərmini əmisinin evlərinin yanında gördüm. O, küçə ilə aşağıya doğru gedirdi. Küçədə “Malış” ləqəbi ilə tanınan çoban da var idi. Sonra Nərminin itdiyini bildik, məktəbdə hər kəs bu haqda danışırdı”.

Daha sonra ifadə verən S.Abdullayeva isə həmin gün oradan keçdiyini təsdiqləsə də, ətrafda heç kimi görmədiyini deyib: “Mən o zaman 5-ci sinifdə oxuyurdum. Bəli, sinif yoldaşımla birgə həmin küçədən keçdik, lakin ətrafa fikir vermədim”.

Məktəblilərdən sonra meyitin tapıldığı gün həmin küçədən keçən 3 kənd sakini ifadə verib. Onlardan Tahir Orucov və onun qızı Nuriyə Ramazanova bildiriblər ki, taksi ilə küçədən keçəndə biliblər ki, meyit tapılıb.

T.Orucovun sözlərinə görə, həmin vaxt küçədə Murad və Nazim adlı şəxsləri, bir də İlkin Süleymanovu görüb: “Oradan keçirdik, yolun kənarında yanmış meyit olduğunu deyirdilər”.

N.Ramazanova isə qeyd edib ki, həmin o Murad adlı şəxsin İlkin Süleymanovu çağırdığını eşidib: “Mən Muradı gördüm. O, İlkin Süleymanovu səsləyirdi. Ona görə də bildim ki, İlkin də oradadır”.

Hakimin qərarı ilə cinayət işi üzrə məhkəmənin növbəti prosesi aprelin 15-nə təyin olunub.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Son xəbərlər

image11

Yuyucu tozlar kəskin bahalaşdı

16 May 2022
402c6c4d-19b4-32cd-a4f3-293f5ad56cf9_850

Şəmkirdə yanğın hadisəsi baş verib

16 May 2022
387076f4-e0aa-3f8c-ad0b-8bb0bda6f61d_850

İlham Əliyev Təhsil Nazirliyinə 5 milyon ayırdı

16 May 2022
d47cca3f4e764bc6f0bd995930da62ca

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Tovuz rayonunda vətəndaşları qəbul edəcək

16 May 2022
d2489a8c-7e21-3a91-bc06-297f34e36c4e_850

Prezident: “Türk dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsinə münasibəti yüksək qiymətləndirilir”

16 May 2022
logo-footer-ag

Saytımız 2018-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology
  • +994504089711
  • +994222955493
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.