Kateqoriyasız

Musiqi məktəblərinə işə qəbul imtahanla həyata keçiriləcək

28 dekabr / 13:43 1 dəq
1596001531 imtahan
28 dekabr / 13:43
Burada sizin reklamınız ola bilər

“Gələn ildən musiqi məktəblərinə işə qəbul prosesini imtahan yolu ilə keçirilməsinə başlayacağıq”.

Report yazır ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, imtahanların gecikməsinin bir sıra obyektiv və subyektiv səbəbləri var: “Təəssüflər olsun ki, musiqi məktəblərinə işə qəbulla bağlı nöqsanlar aşkarlanıb. İmtahanların keçirilməsi üçün metodologiya hazırlanmalıdır. İstəyirik ki, Dövlət İmtahan Mərkəzini cəlb edək və Mədəniyyət Nazirliyi prosesdən kənarda qalsın. Həmçinin müəllimlərin diaqnostikasının aparılmasını istəyirik, bununla da nöqsanları müəyyən etməyə çalışırıq. Hazırda ölkədə 220-yə yaxın musiqi məktəbimiz var”.

Paylaş
Burada sizin reklamınız ola bilər